Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzdu

Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində VII tur matçını keçirib.

35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov 5 heç-heçə ilə 2,5 xal yığa bilib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …