Ana səhifə / İdman / Teymur Rəcəbovun yeni rəqibi 17 yaşlı şahmatçı oldu

Teymur Rəcəbovun yeni rəqibi 17 yaşlı şahmatçı oldu

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun şahmat üzrə Çempionlar Turunun yeddinci mərhələsində rəqiblərindən birinin adı məlum olub.

Bu, hindistanlı Arçun Erikaisidir. 17 yaşlı şahmatçı dünən həmyerlisi Adiban Basukaranı 3,5:2,5 hesabı ilə məğlub edərək bu turnirdə oynamaq hüququ əldə edib.

Yeddinci mərhələ 26 iyun – 4 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, bundan öncə 23-31 may tarixlərində altıncı mərhələ keçiriləcək. Burada beşinci mərhələnin üçüncüsü Şəhriyar Məmmədyarovun iştirak etməyəcəyi dəqiqdir. İştirakçıların əksəriyyətinin adına bu həftə içində aydınlıq gələcək.

Xatırladaq ki, Teymur Rəcəbov bu turnirdə bütün mərhələlərdə topladığı 109 xalla üçüncüdür.(oxu.az)

Həmçinin oxuyun

“Qala”nın iki idmançısı Yeniyetmələr arasında kecirilən Respublika Birinciliyində fərqlənib…

16-18 iyul 2021 ci il tarixində Yeniyetmələr arasında keçirilən Respublika Birinciliyində “Qala” Taekvondo Klubunun idmançıları …