Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İdman / Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci olub

Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

Belə ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Milli üzvü 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.

Qeyd edək ki, yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.

Həmçinin oxuyun

İki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç …