Cümə axşamı , İyul 7 2022
Ana səhifə / İdman / Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Çempionatından kənarlaşdırdı

Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Çempionatından kənarlaşdırdı

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının dörddə bir finalına çıxıb.

Belə ki, səkkizdə bir finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

Təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələnib, bundan sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. İlk iki partiyada onlardan heç biri yenə irəli çıxa bilməyib.

Sonuncu iki ondəqiqəlik partiyada vəziyyət dəyişib. Onlardan birincisi – Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə nəticələnib. Cavab oyununda isə Teymur həmyerlisinə qalib gəlib.

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun dörddə bir finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sünlə üz-üzə gələcək.

Həmçinin oxuyun

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. Belə ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda …