Şənbə , Fevral 27 2021
Ana səhifə / İdman / Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yeganə uduzmayan şahmatçıdır

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yeganə uduzmayan şahmatçıdır

Şahmat üzrə onlayn Çempionlar Turu yarışının “Open Euro Rapid” mərhələsində ilk beş tur oynanılıb.

Bu yarışda yeganə təmsilçimiz Teymur Rəcəbov ABŞ təmsilçisi Sem Şankləndə qalib gəlib.

Onun Matias Blübaum (Almaniya), Leynyer Dominqes (hər ikisi ABŞ), Yan-Kşıştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) keçən görüşləri isə heç-heçə başa çatıb. Bununla da Teymur üç xal toplayıb. Teymur beş tur ərzində 16 şahmatçı arasında yeganə qrossmeysterdir ki, məğlub olmayıb.

Bu nəticə ilə Rəcəbov altıncı sırada qərarlaşıb. İlk sırada isə norveçli dünya çempionu Maqnus Karlsendir. Onun dörd xalı var.

Qeyd edək ki, 100 min dollar mükafat fondu olan yarışda Teymur Rəcəbov sabah bu rəqiblərlə ardıcıl olaraq qarşılaşacaq: Aniş Qiri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Santoş Qucrati (Hindistan), Daniil Dubov (Rusiya). Səbuhi Musayev

Həmçinin oxuyun

Dörd güləşçimiz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

Azərbaycanın 4 güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi …