Bazar , Fevral 28 2021
Ana səhifə / İdman / Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək (FOTO)

Teymur Rəcəbov da onlayn turnirdə iştirak edəcək (FOTO)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn turnirdən kənarda qalan Azərbaycan şahmatçısı Teymur Rəcəbov başqa bir analoji yarışa qatılacaq.
Belə ki, 33 yaşlı qrossmeyster ispaniyalı Pepe Kuensanın dəvətini qəbul edib. 8 şahmatçının iştirak edəcəyi yarış bu gün start götürəcək. Olimpiya sistemi ilə keçiriləcək turnir 1/4 final mərhələsindən başlayacaq. 

Rəcəbovun ilk sınağı Bakı vaxtı ilə saat 19:00-da İspaniya şahmatının parlayan ulduzu David Antona qarşı olacaq.
Qeyd edək ki, şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik görüşə çıxacaqlar. Oyunçular qarşılaşma zamanı danışa bilməzlər. 

Həmçinin oxuyun

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 medal …