Şənbə , Avqust 20 2022
Ana səhifə / İdman / Teymur Rəcəbov Azərbaycan millisindən imtina edib

Teymur Rəcəbov Azərbaycan millisindən imtina edib

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı onun komanda yoldaşı Vasif Durarbəyli verib.

O, Rəcəbovu bu addımına görə qınayıb: “Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik”.

Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq.

Həmçinin oxuyun

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…” – FOTO

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər …