Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İdman / Tayson Makqreqora məsləhət verdi: Əvvəlcə…

Tayson Makqreqora məsləhət verdi: Əvvəlcə…

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson qarışıq döyüş (MMA) ustası irlandiyalı Konor Makqreqora məsləhət verib.

Amerikalı “The Fight Card” podkastının qonağı oldu.

55 yaşlı keçmiş boksçu “Ultimate Fighting Championship” (UFC) turnirinə qayıtdıqdan sonra Makqreqorun perspektivlərindən danışıb. Tayson uzun fasilədən sonra çətin döyüşlərdən qaçmağın vacibliyinə inandığını qeyd edib. O, Makqreqora bir neçə qələbə qazanmağı və yalnız bundan sonra ciddi rəqiblərə keçməyi tövsiyə edib.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin yayından bəri döyüşmür. Sounncu dəfə irlandiyalı Dastin Puaryeyə texniki nokautla məğlub olub. Birinci raundun sonunda onun ayağı sınıb.

Xatırladaq ki, Makqreqor iki çəkidə keçmiş UFC çempionudur. Oxu.az

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …