Cümə , Oktyabr 23 2020
Ana səhifə / İdman / Tarixin ən bahalı müqaviləsi imzalandı

Tarixin ən bahalı müqaviləsi imzalandı

İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb.

Bu anlaşmaya amerikalı beysbolçu Mayk Traut imza atıb. O, MLB (Baş Beysbol Liqası) təmsilçisi “Los-Anceles Encels”lə 12 illik müqavilə bağlayıb. Anlaşmanın dəyəri 430 milyon dollardı. Traut ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı.
Bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus idi. O, “Arizona Daymondbeks”də 34,4 milyon dollar qazanır.
Qeyd edək ki, 2018-ci ilin iyununda “Forbes” jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştiano Ronaldo (108 milyon dollar) üçüncü yeri tutub. )Fanat.az)

Həmçinin oxuyun

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var. “Report” …