Ana səhifə / İdman / Tanınmış hakim oyunda tərəf tutduğu üçün həbs olundu

Tanınmış hakim oyunda tərəf tutduğu üçün həbs olundu

Serbiyalı hakim Srcan Ovradoviç idarə etdiyi matçda verdiyi qərəzli qərarlara görə həbs edilib.

Referi 2018-ci ildə liqanın pley-off mərhələsində “Spartak Subotika” – “Radnikki Nis” görüşündə qonaqların əleyhinə qərəzli qərarlar verərək, ev sahiblərinin qalib gəlməsinə şərait yaradıb.

O, əvvəlcə “Radnikki Nis”in futbolçusu Milan Pavkova ardıcıl 2 sarı vərəqə göstərib. Nəticədə komanda azlıqda qalıb. Bundan əlavə, Obradoviç “Radnikki Nis”in qapısına 2 penalti də təyin edib.

Bununla da oyun “Spartak Subotika”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə qalib gələn komanda vacib üstünlük əldə edəcəyi üçün matç böyük əhəmiyyət kəsb edirdi.

Serbiya polisinin araşdırmasından sonra Novi Sad Ali Məhkəməsinin qərarəna əsasən, Obradoviç matçın taleyi ilə oynadığına görə 15 ay müddətində həbs edilib.

Həmçinin o, Serbiya Futbol Federasiyasında 10 il hər hansı bir vəzifədə işləyə bilməz.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …