Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Tanınmış futbolçu bu həftə “Barselona”nı tərk edəcək

Tanınmış futbolçu bu həftə “Barselona”nı tərk edəcək

Argentina millisinin futbolçusu Xavyer Maskerano İspaniyanın “Barselona” klubunu tərk edəcək.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yanvarın 24-də 34 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. O, həmçinin cümə axşamı Kral Kubokunda “Espanyol”la ev oyunu zamanı azarkeşlərlə vidalaşacaq.

Maskeranonun karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, X.Maskerano 2010-cu ildə İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. Argentinalı futbolçu kataloniyalıların heyətində 334 rəsmi matçda iştirak edib və 18 titul qazanıb.

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …