Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Tərlan Əhmədov “Keşlə”dən ayrıldı

Tərlan Əhmədov “Keşlə”dən ayrıldı

Bakının “Keşlə” klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb.

Bu barədə qərarı klubun Müşahidə Şurası verib.

Bu gün keçirilən iclasda baş məşqçi ilə müqavilənin uzadılmamasına qərara alınıb. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Qeyd edək ki, “Keşlə” Əhmədovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib.  /Apasport

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …