Cümə , Avqust 14 2020
Ana səhifə / İdman / “Survivor“dan təklif gəlsə, düşünərəm“ – Rafael Ağayev

“Survivor“dan təklif gəlsə, düşünərəm“ – Rafael Ağayev

“Gələcəkdə “Survivor”dan təklif gəlsə, düşünərəm”.

Bunu Azərbaycan millisinin karateçisi Rafael Ağayev “Report”un İnstaqram səhifəsində canlı yayım zamanı izləyicilərdən birinin sualına cavab verərkən deyib.

Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır:

“Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm”.

Ağayev daha çox karyerasını düşündüyünü söyləyib:

“Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm”.

Həmçinin oxuyun

Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək. “Report”un məlumatına görə, Almaniya …