Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / Son iki duel: biri Sumqayıtda, digəri Bakıda

Son iki duel: biri Sumqayıtda, digəri Bakıda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Sonun oyun günündə iki cavab görüşü baş tutacaq.

Günün ilk start fiti Sumqayıtda səslənəcək. Şəhərin eyni adlı komandası doğma meydanda “Neftçi”ni qəbul edəcək. Bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş “kimyaçılar” bu üstünlüklərini qorumağa, paytaxt təmsilçisi isə əzmkar qələbə qazanmağa çalışacaq.

İlk oyunda minimal hesabla uduzan “Keşlə” isə Bakıda “Qarabağ”la üz-üzə gələcək. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Xatırladaq ki, artıq “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

20 dekabr

“Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.

Sumqayıt. “Kapital Bank Arena”, 17:00.

İlk oyun – 1:0.

“Keşlə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.

Bayıl. “ASCO Arena”, 20:00.

İlk oyun 0:1.

Yenisabah.az

Həmçinin oxuyun

Ronaldinyo koronavirusa yoluxdu

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub. Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur …