Türkiyənin “Qalatasaray” klubu SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) razılaşma əldə edib.
Yeniavaz.com “Milliyet”ə istinadən xəbər verir ki, sarı-qırmızılılar avrokubok matçlarında SOCAR yazılan formalarda çıxış edəcəklər.
Bildirilir ki, SOCAR sponsorluğa görə kluba illik 5 milyon dollar ödəyəcək.
