Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin ən böyük futbol klublarından biri olan “Qalatasaray” klubu arasında Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanacaq.
Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
“Klubumuzla Azərbaycanın enerji nəhəngi SOCAR arasında 2023-2024-cü il mövsümündən başlayaraq bütün filialları əhatə edən üç illik Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanır.
“Qalatasaray” İdman Klubunun enerji sponsoru olan SOCAR ilə 31 iyul bazar ertəsi, futbol komandamızın UEFA çərçivəsində bütün Avropa matçlarında geyinəcəyi formaların sinəsində olacaq sponsorluq müqaviləsinin imzalanma mərasimini keçirəcək”, – məlumatda deyilir.
Qeyd olunub ki, mərasim yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) Ali Sami Yen İdman Kompleksində baş tutacaq.
