Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İdman / “ShamkirChess 2019”:Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib

“ShamkirChess 2019”:Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “ShamkirChess 2019” superturnirində növbəti görüşünü başa vurub.

“Report” xəbər verir ki, 34 yaşlı qrossmeyster V turda hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Dueldə qalib müəyyənləşməyib – 0,5:0,5.

Hazırda David Navara (Çexiya) – Dinq Liren (Çin), Vişvanatan Anand (Hindistan) – Aniş Giri (Hollandiya) və Alekandr Qrişuk (Rusiya) – Veselin Topalov (Bolqarıstan) qarşılaşmaları davam edir. Teymur Rəcəbov isə Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edib.

Qeyd edək ki, 5 turdan sonra Şəhriyar Məmmədyarovun 2, Maqnus Karlsenin isə 3,5 xalı var.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …