Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / İdman / “Shamkir Chess 2019”a rəsmən start verildi – FOTO

“Shamkir Chess 2019”a rəsmən start verildi – FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019”un ilk turuna rəsmən start verilib.

Oxu.Az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, əvvəlcə Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov 31 Mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar şahmatçıları və zala toplaşmış tamaşaçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov ilk gedişi etmək üçün dəvət edilib. O, norveçli dünya çempionu Maqnus Karlsenlə Teymur Rəcəbovun gedişatında ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçının adından ilk gedişi atıb. Bu gediş E4 olub.

Bundan sonra yarışa rəsmi olaraq start verilib.

Qeyd edək ki, ilk turda Teymur Rəcəbov – Maqnus Karlsen cütündən başqa, Aniş Qiri (Niderland) – Veselin Topalov(Bolqarıstan), Vişvanatan Anand (Hindistan) – David Navara (Çexiya), Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin) və Aleksandr Qrişuk (Rusiya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) cütləri arasında görüş keçirilir.

Həmçinin oxuyun

Rafael Ağayev Mərakeşdə bürünc medal qazanıb

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb. …