Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Serbiya prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi

Serbiya prezidenti “Real”ın oyunçusunu həbslə hədələdi

Serbiya hakimiyyəti koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantinə əhəmiyyət verməyərək ölkəyə qayıdan “Real”ın hücumçusu Luka Yoviçin davranışını tənqid edib.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

“Təəssüf ki, bizim futbol ulduzlarımızın yol verdikləri mənfi nümunələr var. Onlar milyonlar qazanırlar və evə qayıdış üzrə özünü təcridetmə haqqında məcburi əmrlərə məhəl qoymurlar”, – Serbiyanın baş naziri An Brnabiç deyib.

Serbiya prezidenti Aleksandr Vuçiç futbolçuya karantini pozacağı halda saxlanıla biləcəyi barədə xəbərdarlıq edib.

“Əgər mənzilindən çıxsa, onu həbs edəcəklər. Düşünürəm, etdiyi əməllə bağlı heyfsilənir, amma mən ona bizim vətəndaşlarımızın həyatının onun milyonlarından daha əhəmiyyətli olduğunu anladacam”, – dövlət başçısı deyib.

Yoviç bildirib ki, Serbiyadakı ciddi karantin qaydaları haqqında məlumatsız olub. “Çox təəssüf ki, bəzi insanlar öz işlərini yerinə yetirmədilər və mənə karantin zamanı hərəkət etmək barədə düzgün təlimatlar vermədilər”, – futbolçu deyib.

Yoviç karantin qaydalarını pozduğuna görə azarkeşlər qarşısında üzr istəyib. Daha əvvəl xarici KİV-də xəbər yayılıb ki, Yoviç koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantin zərurətinə əhəmiyyət verməyərək ölkəyə qayıtmaq qərarı ilə Serbiya azarkeşlərini qəzəbləndirib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …