Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / İdman / Şenol Güneş: “Mən futbolçulara inanıram, Türkiyə də inansın”

Şenol Güneş: “Mən futbolçulara inanıram, Türkiyə də inansın”

“Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik”.

Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 69 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də qrupdan çıxmağı hədəfləmişdilər: “Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. Çempionat bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm. Mən futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, amma İsveçrə qalib gəldi”.

Baş məşqçinin sözlərinə görə, futbolçular əllərindən gələni ediblər: “Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq oldu. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik”. Güneş, nəticələrə baxmayaraq istefa barədə düşünmədiyini sözlərinə əlavə edib: “Hesabat vermək lazımdırsa, rəhbərliyə və ictimaiyyətə veriləcək”.

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.

Həmçinin oxuyun

Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. …