Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Şenol Günəş: “Uzun fasilədən sonra milli ilə qələbə qazanmaq ayrı bir sevinc və qürurdur”

Şenol Günəş: “Uzun fasilədən sonra milli ilə qələbə qazanmaq ayrı bir sevinc və qürurdur”

“Hər kəsin xoşbəxt olmasını istəyirik. Milli komanda ortaq dəyərdir”.

ONA-nın məlumatına görə, bunu Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş deyib.

15 ildən sonra yığmanın “sükanı arxası”na qayıdan mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Albaniya ilə oyunu barədə fikirlərini açıqlayıb. Ş.Günəş nəticədən məmnun olsa da, daha yaxşı oynaya biləcəklərini vurğulayıb: “Onunla sevinib, onunla üzülürüksə, bunun məsuliyyəti də var. Bütün futbolçular meydanda əlindən gələni etdilər. Düşündüyümüz məzmunlu oyunu göstərməsək də, futbolçularımızın səviyyəsi rəqibdən daha yüksək idi. Müdafiədən hücuma keçərkən topla daha yaxşı rəftar edə bilərdik”.

Təcrübəli mütəxəssis qarşıdakı görüşləri düşündüyünü, bunun üçün Moldova ilə martın 25-dəki matçın vacibliyini qeyd edib: “Bu gün yaxşı nəticə və motivasiya əldə etdik. Amma bu, hələ işin başlanğıcıdır. Yaxşı başlamaqla yanaşı, onu sona da yaxşı çatdırmaq lazımdır. Bizə lazım olan Moldova ilə qarşılaşmada da bunu davam etdirməkdir. Çünki belə olan halda iyunda keçiriləcək iki böyük matça hazır olacağıq”.

Ş.Günəş milliyə qayıdışının qələbə ilə qeyd olunmasına sevindiyini də gizlətməyib: “Ümumilikdə əhvalımız yaxşıdır. Amma ötürmələrdəki dəqiqlik faizini artıra bilsəydik, hesab fərqli olardı. Uzun fasilədən sonra milli komanda ilə qələbə qazanmaq ayrı bir sevinc və qürurdur”.

Qeyd edək ki, Türkiyə millisi seçmə mərhələdəki ilk oyununda Albaniyanı 2:0 hesabı ilə məğlub edib.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …