Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / Şenol Günəş: “Bakıda 50 mindən çox azarkeşin dəstəyi bizi pley-offa çıxaracaq”

Şenol Günəş: “Bakıda 50 mindən çox azarkeşin dəstəyi bizi pley-offa çıxaracaq”

“Bakıda Olimpiya stadionunda keçiriləcək Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam”.

Bu sözləri futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş İdman TV-də yayımlanan “Ay-ulduzlu liqa” verilişində qonaq olarkən deyib.

O, bildirib ki, tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, Türkiyə komandasının Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşir: “Əksini isə düşünmək belə istəmirəm. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir”. Musavat.com

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …