Çərşənbə , İyun 16 2021
Ana səhifə / İdman / Şenol Günəş: “Azərbaycanda oynamağımız üstünlükdür”

Şenol Günəş: “Azərbaycanda oynamağımız üstünlükdür”

“Avropa çempionatında qəribə qrupda yer almışıq. Qrupdan çıxmaya da bilərik, finala qədər irəliləyə də bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis AVRO-2020 yaxınlaşdıqca gərginliyin artdığını söyləyib. O, qrupdakı rəqibləri də dəyərləndirib: “FİFA reytinqində İtaliya 7-ci sıradadır, həmçinin İsveçrə və Uels də bizdən öndədir. İtalyanlar topa yüksək səviyyədə sahib olan komandadır. Böyük komandalara qarşı nələr bacardığımız ortaya çıxacaq. Uels və İsveçrə də güclü rəqiblərdir. İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür. Bu turnir bizim üçün əvvəlkilərdən fərqli olacaq. Əsas hədəfimiz isə dünya çempionatına vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması ayın 16-da Uels, 20-də isə İsveçrə Bakıda üz-üzə gələcək.

Həmçinin oxuyun

“Camaat vaksini vurdurmağa qorxur“ – Kamil Zeynallı

Ölkəmizdə mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar …