Cümə , Oktyabr 30 2020
Ana səhifə / İdman / Seks qalmaqalı ilə gündəmə gələn milli futbolçumuz cəzalandırıldı

Seks qalmaqalı ilə gündəmə gələn milli futbolçumuz cəzalandırıldı

Bir neçə gün əvvəl seks qalmaqalı ilə gündəmə gələn Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov 2 oyunluq cəzalandırılıb.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar verib.

Bildirilir ki, buna səbəb “Albasete”nin formasını geyinən 27 yaşlı yarımmüdafiəçinin İspaniya Sequndasının XX turunda “Rayo Valyekano” ilə matçın 45+4-cü dəqiqəsində rəqib oyunçunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə almasıdır.

Xatırladaq ki, futbol üzrə Azərbaycan millisinin və İspaniya “Albasate”sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda “Eybar”da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …