Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Şarapova ilin ən çox pul ödənilən qadın idmançıları sırasında- “Forbes”

Şarapova ilin ən çox pul ödənilən qadın idmançıları sırasında- “Forbes”

“Forbes” jurnalının tərtib etdiyi siyahıda rusiyalı tennisçi Mariya Şarapovanın adı 2018-ci ildə dünyanın ən çox pul ödənilən qadın idmançılarının onluğuna daxil edilib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu il 10,5 milyon dollar qazanmış rusiyalı idmançı onluqda beşinci yerdədir.

Reytinqdə ilk yeri ABŞ tennisçisi Serena Uilyams saxlamardadır. O, bu il 18,1 milyon dollar qazanıb. Siyahıda 2-4-cü yerlərdə müvafiq olaraq tennisçilər Karolin Voznyatski (Danimarka, 13 milyon dollar), Sloan Stivens (ABŞ, 11,2 milyon dollar) və Qarbinye Muqurusa (İspaniya, 11 milyon dollar) qərarlaşıb. Habelə 6-9-cu yerlərdə müvafiq olaraq tennisçi Vinus Uilyams (ABŞ, 10,2 milyon dollar), badmintonçu Pusarla Venkata Sindxu (Hindistan, 8,5 milyon dollar), tennisçi Simona Xalep (Rumıniya, 7,7 milyon dollar), avtomobil yürüşçüsü Danika Patrik (ABŞ, 7,5 milyon dollar) qərarlaşıb. Siyahını tennisçi Angelik Kerber (Almaniya, 7 milyon dollar) tamamlayır.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …