Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / “Şansdan istifadə etməyə çalışacağıq” – Qurban Qurbanov

“Şansdan istifadə etməyə çalışacağıq” – Qurban Qurbanov

“Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın Avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq”

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə ilk oyun öncəsi keçirilən mətbuat konfransıda deyib.

Baş məşqçi bildirib ki, mövsümün əvvəlində hədəfləri Avrokuboklarda qruplara qalmaqdan ibarət olub: “Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq”.

Q.Qurbanov ötənilki “Şerif”lə builki arasında böyük fərq olduğunu söyləyib: “Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq”.

Onun sözlərinə görə, cəzalı Emeqaranın sabahkı matçda olmaması onlar üçün itkidir: “Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq”.AzVision.az

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …