Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Samir Nəsri rəsmən İngiltərə klubunda

Samir Nəsri rəsmən İngiltərə klubunda

Fransa millisinin sabiq üzvü Samir Nəsrinin “Vest Hem”ə keçidi rəsmiləşib.

Qol.az-ın İngiltərə Premyer Liqa klubunun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə sonradan uzadıla bilməsi şərti ilə bu mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, S.Nəsrinin son klubu Türkiyə “Antalyaspor”u olub. O, İngiltərənin “Arsenal” (2008-2011) və “Mançester Siti” (2011-2017) klublarında çıxış edib.

Qeyd edək ki, S.Nəsrinin qanında dopinq aşkarlandığı üçün 18 ay müddətinə cəzalandırılmışdı. Onun cəza müddəti artıq başa çatıb.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …