Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İdman / Salah namaz qıla bilmədi, fanatları və jurnalistləri ittiham etdi

Salah namaz qıla bilmədi, fanatları və jurnalistləri ittiham etdi

Futbol üzrə Misir millisinin hücumçusu Məhəmməd Salah fanatlar və jurnalistlər üzündən bayram namazını qıla bilməyib.

RİA Novosti xəbər verir ki, valideynlərin yaşadığı ev futbol həvəskarları və media nümayəndələri tərəfindən “mühasirə”yə alındığından Salah evdən çıxa bilməyib və nəticədə məscidə getməyib.

Futbolçu ona namaz qılmağa mane olan insanları tənqid edib.

“Bəzi jurnalistlər və sadə insanlar elə ediblər ki, insan evindən çıxa və gedib bayram namazını qıla bilmir. Bunun pərəstiş etdiyin insana sevgiyə aidiyyatı yoxdur. Bunun adı şəxsi həyata olan haqqa hörmətsizlik və peşəkarlığın olmamasıdır”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …