Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / İdman / Şahmatçımız erməni rəqibini məğlub ETDİ

Şahmatçımız erməni rəqibini məğlub ETDİ

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları yekunlaşıb.

Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edib. Bununla da o, aktivinə bir xal yazdırıb.

Azərbaycan komandasının digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli isə Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək.

Həmçinin oxuyun

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

Dünya şöhrətli “Formula 1” pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer məlum qəzadan sonra ilk …