Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Şahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

Şahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.
 
Belə ki, qitə yarışında Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Maksim Laqardı (Fransa) məğlub edən şahmatçımız xalların sayını 5,5-ə yüksəldərək liderl olub.
 
Digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.
 
Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xal toplayıb.
 
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …