Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Şahmatçılarımız dünya kubokunda heç-heçə etdilər

Şahmatçılarımız dünya kubokunda heç-heçə etdilər

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
Dünya kubokunun üçüncü mərhələsinin ilk partiyaları oynanılıb. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.
Qadın şahmatçılarımız – Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda oyunları da heç-heçə ilə nəticələnib.
Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …