Cümə , Oktyabr 30 2020
Ana səhifə / İdman / Şahmat millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Şahmat millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına kişi millimiz məğlubiyyətlə başlayıb.

Yığmamız son dünya çempionu Çinə 0,5:3,5 hesabı ilə uduzub.
Sonuncu lövhədə mübarizə aparan Nicat Abbasov heç-heçə edib. Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli isə məğlub olub.
İlk turun digər görüşlərində Hindistan İsveçi, Rusiya İranı, ABŞ Misiri və İngiltərə Qazaxıstanı məğlub edib. (oxu.az)

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …