Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / İdman / Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv etdi

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv etdi

“Səbail”in yeni baş məşqçisi Şahin Diniyev sələfi Mahmud Qurbanovun bir neçə gün əvvəl göndərmək istədiyi 4 əcnəbi futbolçudan 3-nü komandada saxlayıb.

Bakı klubunda baş məşqçi dəyişikliyi braziliyalı müdafiəçi Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqanun komandada qalmasına səbəb olub.

Dekabrın 28-də paytaxt təmsilçisinin sükanı arxasına gətirilən Şahin Diniyev adıçəkilən oyunçuların mövsümün ikinci yarısında sərəncamında qalmasını istəyib. Yalnız argentinalı müdafiəçi Fakundo Kardozo ilə bağlı qərar dəyişməyib. 27 yaşlı oyunçu “Səbal”i tərk edib.

Kardozo ilə yanaşı, 3 yerli futbolçu – yarımmüdafiəçilər Tural Bayramlı, Emin Zamanov və Vüsal Qənbərovla da yollar ayrılıb.

Qeyd edək ki, “Səbail” 18 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Həmçinin oxuyun

“Mançester Yunayted“də Ronaldoya nə məşqçi, nə rəhbərlik hörmət edirdi“

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”lə bağlı rezonans doğuran müsahibə verdiyi jurnalist Pirs Morqan məşhur …