Ana səhifə / İdman / “ŞAH” Aronyanla heç-heçə etdi, mərhələ adladı

“ŞAH” Aronyanla heç-heçə etdi, mərhələ adladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib.

Belə ki, 36 yaşlı qrossmeysterin “Chessable Masters” adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu – XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov “8-lik”də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.
14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …