Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək

Sabah boks üzrə Azərbaycan çempionatına start veriləcək

Yanvarın 26-da boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandadan 203 kişi boksçusu qatılacaq. Döyüşlər saat 14:00-da başlanacaq. Qaliblər isə yanvarın 30-da müəyyənləşəcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Həmçinin oxuyun

Yunis Hüseynov vəzifəsindən istefa verib

“Keşlə” komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib. Keçirilən görüşdən …