Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza atıb. Əminəm ki, dövlət ona nə lazımdırsa edib. Çünki bizim ölkədə alimə, ziyalıya idmançılar qədər qayğı və diqqət göstərilmir.

Adi bir misal çəkim. Cüdoçu Elnur Məmmədli karyerasının ən gözəl çağında, 19 yaşında olimpia çempionu oldu. Bakıya gələndə ona o qədər bahalı maşın bağışladılar ki, özünə salon açıb, bahalı avtomobillərini satmağa başladı.

Bunlar yüksək nəticə göstərən kimi, o qədər “onu yemə, bunu ye”, “orada oturma, burada otur” rəftarı ilə qarşılaşırlar ki, idman etməyi də unudurlar. Çoxları da idman etmək əvəzinə çiyninə paqon qoyub: DYP, Gömrük Komitəsi, Vergi vı DSX kimi gəlirli yerlərdə işləməyə meyillənirlər.

Elə bu amillərə görə, Elnur Məmmədlinin güc-bəla növbəti olimpiadya göndərə bildilər. Gedib orada biabırçı məğlubiyyətə imza atdı və karyerasının ən gözəl yaşında idmanla vidalaşmalı oldu.

Yəqin ki, Rəsul Cunayev də eyni xətt üzrə gedib. İndi xəbər yayıb ki, başqa ölkənin bayrağı altında güləşməyi düşünür. Səbəbəni incik düşdüyü ilə izah edir:

“Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam. İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm.

Başa düşürəm ki, indi 77 kq-da millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi.

Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə oynasam, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.

İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Və buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm”.

Dediyimiz kimi, uğurlardan sonra başını başqa işlərə qoşub deyə güləşməyi yaddan çıxarıb. İndi gəlib ki, məni yığmaya daxil edin. Ancaq iş burasındadır ki, bu adam heç mışq eləmir, hazırda idmançı formasında deyil. Lap götürək ki, Rəsul Cunayevə haqsızlıq edilir. Mən anlamıram , bir balaca incikliyə görə adam bayrağını başğa ölkəyə dəyişməlidir?

Sən qolunu, ayağını itirən, lakin bu gün lazımi qayğı ilə əhatə olunmayan qazilərin yerinə olsan nə edərsən? Bəs döşəkdə uğur qazandığına görə, bütün qapıları təpiklə vurub açanda, Dövlət Sərhəd Xidmətində yaxşı işə düzələndə, Baləkəndə 4 hektarın içində özünə villa tikəndə niyə bu Vətəndən küsmürdün?

Bu adam eyni zamanda ölkənin ən böyük gənclər hərəkatı iddiasını ortaya qoyan “DAVAM”-ın İdarə Heyətində təmsil olunur. Yəni onu qurumun vitrininə bir nümunə kimi qoyublar ki, gənclərimiz ona baxıb örnək götürsün. Rəsul Cunayev isə əsaslı səbəb olmadan bayrağımızı başqa ölkəyə dəyişməyə meyilləndiyi üçün gənclərimizə zərərli bir nümunə ortaya qoyur.

Düşünürəm ki, “DAVAM” Hərəkatı mütləq onun bu addımını müzakirə edib, öz funksionerləri ilə bağlı lazımi qərarı qəbul etməlidir. General Elçin Quliyev isə öz zabitinin bu addımına hərbi nizamnamənin tələbləri çərçivəsində münasibət bildirməlidir.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …