Ana səhifə / İdman / Şəhriyardan növbəti qələbə

Şəhriyardan növbəti qələbə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya (Hindistan) qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan şahmatçımız 46-cı gedişdə rəqibini məğlub edib.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla norveçli Maqnus Karlsenlə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …