Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov onlayn turnirin qalibi oldu

Şəhriyar Məmmədyarov onlayn turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirin qalibi olub.

Dünən keçirilən qarşılaşmalarda polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Harikrişna ilə heç-heçə edən şahmatçımız son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Nəticədə şahmatçımız qalib olub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …