Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə ikinci oldu

Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə ikinci oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində sonuncu – XIII turun görüşünü keçirib.

Belə ki, 37 yaşlı qrossmeyster ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü, 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …