Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov finala yüksəldi

Şəhriyar Məmmədyarov finala yüksəldi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxıb.

Belə ki, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov adını finala yazdırıb.

O, həlledici görüşdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə münasibətlərinə aydınlıq gətirəcək.

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …