Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov FIDE Qran-prisinə heç-heçə ilə başladı

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinə heç-heçə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən FIDE Qran-prisində mübarizəyə başlayıb.

Belə ki, 37 yaşlı qrossmeyster D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.
Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke qarşılaşır.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …