Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Şəhriyar Karlsenə uduzdu

Şəhriyar Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində 3-cü tur oyununa çıxıb.

Qrossmeyster  norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyasında millimizin üzvü uduzduğu üçün  4-cü partiyaya ehtiyac olmatıb.

Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub. 

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …