Ana səhifə / İdman / “Səbail”in baş məşqçisi 5 oyunluq cəzadan danışdı: “Səhvlər var”

“Səbail”in baş məşqçisi 5 oyunluq cəzadan danışdı: “Səhvlər var”

Azərbaycan Premyer Liqasının 9-cu turu ilə bağlı İntizam Komitəsinin iclasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə bağlı sərt cəza qərarı çıxarıldı. Mütəxəssis “Sumqayıt”la oyunda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı komandanın üzvü Nikolas Raysel də bir neçə turu kənardan izləməli olacaq. Futbolçu “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun kənarlaşdırılıb. Klub hər iki cəzaya görə ümumilikdə 7200 manat cərimə olunub. Maraqlıdır, bu qərarlardan apellyasiya şikayəti veriləcəkmi? Ümumiyyətlə Aftandil bəy ona verilən cəza haqda nə düşünür?
Baş məşqçi Qaynarinfo-ya açıqlamasında bunları söylədi: “Hazırda bu haqda cavab verə bilməyəcəm. Müzakirə etməliyik. İndi oyuna hazırlaşırıq. Qarşıdakı həftədə yəqin ki, hansı addımların atılacağı ilə bağlı qərar verəcəyik. Apellyasiya şikayəti verib-verməyəcəyimizi indi deyə bilmərəm. Oyunda səhvlər var deyə müzakirə olunmalıdır. Elə Rayselin də cəzası ilə bağlı eyni düşünürük. Ümumiyyətlə bunlarla bağlı indi danışmaq istəmirəm, çünki sabahkı oyuna hazırlaşırıq. Bütün fikirlərimizi buna yönəltmişik. Qərar dünən çıxıb”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …