Bazar , Sentyabr 15 2019
Ana səhifə / İdman / Şərif Şərifov Avropa çempionu oldu – Azərbaycan tarixinə düşdü

Şərif Şərifov Avropa çempionu oldu – Azərbaycan tarixinə düşdü

Azərbaycanın sərbəst güləş komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında daha bir qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.

Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub.

Şərifov bununla da böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanıb.

Xatırladaq ki, dünən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

Həmçinin oxuyun

Üç boksçumuz dünya çempionatında mübarizəyə qoşulur

Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında üç boksçumuz onaltıdabir final mərhələsində çıxış edəcək. …