Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Sərbəst güləş üzrə açıq kubok yarışı yekunlaşdı

Sərbəst güləş üzrə açıq kubok yarışı yekunlaşdı

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışına yekun vurulub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə yeniyetmə sərbəst güləşçilər 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəkilərdə mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb. 

Yarışda yüksək nəticə göstərən Musa Verdiyev (45 kq, Gəncə), Mahir Məmmədov (48 kq, Şamaxı-Sərhədçi), Fəqan Mirzəyev (51 kq, Cəlilabad-Gömrükçü), Camal Qasımov (55 kq, Həyat-Sərhədçi), Cavidan Əhmədov (60 kq, Sumqayıt), Zeyqəm Qurbanov (65 kq, Şamaxı-Sərhədçi), Sadiq Abbasov (71 kq, Cəlilabad-Gömrükçü), Əli Əmirov (80 kq, Şamaxı-Sərhədçi), Xəlil Allahverdiyev (90 kq, Qazax-Sərhədçi), Murad Bəhlulzadə (110 kq, Sərhədçi) qızıl medala layiq görülüblər. 

Yekun nəticələrə görə, “Sərhədçi” komanda hesabında birinci olub. Gəncə və Şamaxıkomandaları isə ikinci və üçüncü yerləri tutublar. 

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …