Bazar ertəsi , May 10 2021
Ana səhifə / İdman / Şəhriyar və Teymur dörddəbir finalda

Şəhriyar və Teymur dörddəbir finalda

“Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar.

Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.

Qeyd edək ki, turniri dünya çempionu Maqnus Karlsen təşkil edir.

Həmçinin oxuyun

Terim “Qalatasaray“dan gedir? – “Fikirlərimi oyunlara kökləmək istəyirəm“

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim klubla mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualları cavablandırıb. …