Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində geriləyib

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində geriləyib

FİDE yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.
 
Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötən ayla müqayisədə 1 pillə geriləyib və 8-ci yerə enib. 

Teymur Rəcəbov da komanda yoldaşı kimi mövqeyini əldən verib. O, 2765 xalla 10-cu pilləni 11-ə dəyişib. 

6 pillə irəliləyərək, 71-ci yerə qalxan Nicat Abasov 2668 xala malikdir. Digər milli üzvü Qədir Hüseynov (2666) 3 rəqibini özündən irəli buraxmaqla, 74-cü yerdədir. Rauf Məmmədov (2659) isə “100-lüy”də 85-cidir. O, 4 pillə irəliləyib.  

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2872) birinci, Fabiano Karuana (ABŞ, 2822) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür. 

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2387) 87-ci pillədədir. 

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2664) birincidir.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …