Ana səhifə / İdman / Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

Belə ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Həmçinin oxuyun

UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub. Turnirin final oyununda Şotlandiya “Reyncers”ini məğlub edən …