Şənbə , Dekabr 10 2022
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov gerilədi

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Belə ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. 37 yaşlı qrossmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk “100-lüy”ə düşüb. O, 2356 xalla 98-cidir.

Həmçinin oxuyun

“Traktor”un sabiq futbolçusu edam cəzasına məhkum olunub

“Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına …