Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib

Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.

Bundan əvvəl Azərbaycan şahmatçısının birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …